Oskar Nimeyer

Oskar Nimeyer
Oskar Ribeyro de Almeyda Nimeyer Soares Filho
Şəxsi məlumatlar
Doğum adı Oscar Ribeiro de Almeida Niemeyer Soares Filho
Doğum tarixi 15 dekabr 1907(1907-12-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 5 dekabr 2012(2012-12-05)[3][4][…] (104 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması[d]
Dəfn yeri
Vətəndaşlığı
Təhsili Təsviri incəsənət məktəbi (1934)
Rio-de-Janeyro Federal Universiteti
Həyat yoldaşları Annita Baldo (ev.1928 boş.2004)
Vera Lüsiya Kabrera (ev.2006)
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Braziliya
Üzvlüyü
Mükafatları
İmzanın şəkli
niemeyer.org.br
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oskar Ribeyro de Almeyda Nimeyer Soares Filho[10] (port. Oscar Ribeiro de Almeida de Niemeyer Soares Filho; d. 15 dekabr 1907[11], Rio-de-Janeyro, Braziliya – ö. 5 dekabr 2012, Rio-de-Janeyro, Braziliya) — dünya memarlığında iz qoymuş [12] braziliyalı memar. O əsərləri üçün dəmir-beton istifadəsi ideyasının təşəbbüskarı olmuşdur. Nimeyerin layihələndirdiyi binaların boş hissələri və çox qəribə naxışları var. Ən böyük işi Braziliya şəhərinin planını hazırlamaq olmuşdur.

Dövrün Braziliyadakı məşhur memarlarından Lusio Kosta və Karlos Leanın ofislərində memarlıq karyerasına addım atan Nimeyer, vaxt keçdikcə beynəlxalq müasir memarlığın ən tanınmış təmsilçilərindən biri olmuşdur. 1939-cu ildə Nyu Yorkda təşkil edilmiş ümumdünya sərgisindəki Braziliya pavilyonunun dizaynı ilə beynəlxalq memarlıq dünyasında daha da tanınmağa başlayan memar, Pampulyada daha geniş yayılmış böyük və fərqli məzmunlu layihələri hazırlamaq imkanı əldə etmişdir. Lakin çox məşhur bir memar olmasında və müasir memarlığın mühüm əsərlərindən bəzilərini yaratmasında Braziliya şəhərindəki dizaynlarının təsiri də az olmamışdır.

Gənclik illərindən bəri kommunist ideologiyanı mənimsəyən və 1945-ci ildə Braziliya Kommunist Partiyasına üzv olan Oskar Nimeyer, 1964-ci ildə baş verən hərbi çevrilişdən sonra siyasi görüşlərinə görə 1985-ci ilə qədər xaricdə yaşamışdır. Bu dövrdə daha çox Braziliya xaricində layihələr həyata keçirən memar, ölkəsinə qayıdışından sonra həm ölkə içi, həm də xaricdə fəaliyyətinə davam etmişdir. Bir çox milli və beynəlxalq mükafatlar qazanmışdır.

Hazırladığı strukturlarda müxtəlif məqsədli istifadələri qeyri-adi şəkillərdə istifadə etməsi ilə tanınan memar, "monumental tikililərin heykəltəraşı" kimi qiymətləndirilmişdir.[13]

  1. Arkitekter verksamma i Sverige. 2014.
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. http://www.nytimes.com/2012/12/06/world/americas/oscar-niemeyer-modernist-architect-of-brasilia-dies-at-104.html?pagewanted=all&_r=0|title=Oscar.
  4. Oscar Niemeyer (nid.).
  5. Arkitekter verksamma i Sverige. 2015.
  6. Нимейер Оскар // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  7. Artists + Artworks (ing.).
  8. http://arch-pavouk.cz/index.php/architekti/1589-niemeyer-oscar.
  9. 1 2 Museum of Modern Art online collection (ing.).
  10. "Oscar Niemeyer, Designer of UN Building, Dies at 104". Bloomberg.com. 5 dekabr 2012. 2012-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 dekabr 2013.
  11. Sitat səhvi: Yanlış <ref> teqi; Yahoo adlı istinad üçün mətn göstərilməyib
  12. "Oscar Niemeyer, A Legend of Modernism". ArcSpace.com. 2012-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 Mayıs 2010.
  13. "Niemeyer's Century". Azure Magazine. 2012-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 Mayıs 2010.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search